vafa_ali - influencer.az
2
Vafa Ali Hesaba baxılıb: 14690 dəfə
Səs ver
{{(b2>0 && p)?b2:bal.toFixed(1)}} ({{vote_count?vote_count:''}})

Bu işə başladığım ilk gündən hədəfim ana olmağa hazırlaşanlar və yeni ana olanları maarifləndirmək olub. Hədəf seçdiyim kütlə üçün araşdırma edərək elmə əsaslanan mövzulara toxunurdum. Əlbəttə, onları maraqlandıran mövzu da elə ailə, uşaq tərbiyəsi, uşaq sağlamlağlığı və s. ilə bağlı idi.
Əsas kütləm yeniliklərə açıq qadınlardır. Qadınlarımızın inkişafa və öyrənməyə həvəsli olması məni sevindirir. Mənim üçün də vacib olan biliyim və təcrübələrimlə onlara dəstək olmaq, həmçinin qadınların bir-birinə dəstək olması üçün onları həvəsləndirməkdir. Bu istiqamətdə illər ərzində bir çox layihələr etmiş, müxtəlif yerli və beynəlxalq təşkilatlarla birgə kampaniyalar ərsəyə gətirmişəm.
Elə məhz buna görə də valideynlərlə birgə böyütdüyüm səhifəmə gənclər də maraq göstərir. Çünki bu illər ərzində təkcə ana Vəfanı yox, həm də gənc və daim öyrənməyə açıq bir Vəfanı onlara tanıda bildim.
Ana olmaq həyatını təkcə övladına həsr etməkdən ibarət deyil. Mənim təhsilim, işim və gələcəyim üçün göstərdiyim fəaliyyətim həmin gənclər üçün motivasiyadır.
Yəni izləyicilərimə həm inkişaf edib, həm uşaq böyüdüb, həm də əylənə biləcəklərini göstərə bildim.
Təbiəti sevən biri kimi ətraf mühitin qorunması hər zaman diqqət mərkəzimdədir. Çevrənin qorunması ilə bağlı bir neçə layihələrdə çalışmışam. İmkan düşdükcə də bu mövzu ətrafında izləyicilərimlə müzakirələr açıram.