İnfluenser kimdir ? - influencer.az

Influencer (influenser) – sosial mediada daima aktiv şəkildə kontent hazırlayan və hazırladığı kontentlə müəyyən maraq dairəsi olan kütləyə təsir göstərən şəxsdir. İnfluenserlər bəzən hamımızın tanıdığı tanınmış insanlar, aktyor, idmançılar, fərqli peşə sahibləri və ya sadəcə çoxsaylı izləyicisi olan hər hansı maraq dairəsinə malik şəxslər ola bilər. İnfluenser brendin bir növ siması olur, xidmət və ya məhsul haqqında təcrübələrini bölüşür. Bu təcrübələr xidmət və məhsulların qiymətləri, keyfiyyəti, istifadəsi və.s ilə bağlı ola bilər. İnfluenserin dilindən səslənən mesaj orijinal və influenserə məxsus, onun dəsti-xəttini qoruyan kontent şəklində olmalıdır. İnfluenserin sizin brendiniz haqqında danışması, sizin məhsulu (xidməti) təqdim etmə qaydası qətiyyən vərdiş olunmuş reklam mesajı kimi olmamalıdır. İnfluenser bir milyon izləyiciyə və ya sadəcə yüz nəfər izləyiciyə də sahib ola bilər. Burada əsas şərt həmin izləyicilərin bizim biznesimiz üçün nə dərəcədə hədəf müştərilər olmasıdır. Influenser sözünün dilimizdə tərcüməsi “rəy lideri”-dir. Azərbaycanda influenserlərin istifadə etdiyi əsas sosial media kanalları: Facebook, Instagram, Tik Tok və Youtube. Biz Brendlərlə onların hədəf kütləsini İnfluenserlər vasitəsilə birləşdiririk. Platformamızda hər bir layihənin hədəf auditoriyasına uyğun kateqoriya mövcuddur. Saytımızda axtarış verməklə qısa müddətdə influenserlər tapa bilərsiniz. 40-dan çox kateqoriya və geniş seçim imkanı ilə istənilən layihəni bizə etibar edə bilərsiniz. 5 ildən çoxdur İnfluenser Marketinq üzrə fəaliyyət göstərən peşəkar komandamız sizə konsultasiya xidməti təklif edir.